2026-05-25

Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil edilmişdir

25 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə Palace Hotel Tokyo mehmanxanasında rəsmi ziyafət təşkil edilmişdir.
Tədbirdə Yaponiya Hökumətinin və Parlamentinin yüksək səviyyəli nümayəndələri, diplomatik korpusun üzvləri, media qurumlarının təmsilçiləri, Azərbaycan diasporunun üzvləri və digər qonaqlar iştirak etmişlər. Ziyafət zamanı Azərbaycan və Yaponiya arasında dostluq münasibətlərinin, eləcə də enerji, iqtisadiyyat, mədəniyyət və parlament diplomatiyası sahələrində əməkdaşlığın inkişafı xüsusi vurğulanmışdır.

Arxiv üzrə axtarış