2026-02-05

Səfirlikdə səfir Fərid Talıbov ilə INPEX şirkətinin Avropa və Yaxın Şərq üzrə vitse-prezidenti Munehiro Hosononun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Səfirlikdə səfir Fərid Talıbov ilə INPEX şirkətinin Avropa və Yaxın Şərq üzrə vitse-prezidenti Munehiro Hosononun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan ilə INPEX arasında enerji sahəsində mövcud əməkdaşlıq, o cümlədən ACG, BTC və Səngəçal Terminalının Elektrikləşdirilməsi Layihəsi (STEL), habelə gələcək perspektivlər müzakirə olunmuşdur. Tərəflər enerji təhlükəsizliyi, dayanıqlılıq və yaşıl texnologiyaların tətbiqi sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraqlarını ifadə etmişlər.

Arxiv üzrə axtarış