2026-01-15

Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, Liberal Demokrat Partiyasının (LDP) Xarici Əlaqələr Şöbəsinin direktoru cənab Key Takaqi ilə səmərəli görüş keçirilmişdir

2026-cı il 15 yanvar tarixində Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Fərid Talıbov Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, Liberal Demokrat Partiyasının Xarici Əlaqələr Şöbəsinin direktoru cənab Key Takaqi ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan–Yaponiya parlamentlərarası əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi partiyalararası əməkdaşlıq, habelə regionda sülhün təmin olunması və Azərbaycanın artan geosiyasi rolu müzakirə edilmişdir. Səfir, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri və mina problemi barədə məlumat vermişdir. Tərəflər əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparmışlar.

Arxiv üzrə axtarış